8 dekabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Şəhər İcra Hakimyyəti və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, ardınca Azərbaycan Respublikasının
Dövlət Himni səsləndirilib.
Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə keçirilən tədbiri məktəbin direktoru Tahirə Qasımova açaraq Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən bəhs edib.
Daha sonra Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Rəfail Əhmədov, Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Heyran Əhmədova və məktəbin dərs hissə müdiri Əsgər Qurbanov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və möhkəmləndirilməsindəki tarixi rolundan, təhsilə göstərdiyi xüsusi diqqət və qayğıdan, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasının vacibliyindən bəhs ediblər.
Tədbirin sonunda şagirdlər tərəfindən Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş bədii qiraət nümunələri səsləndirilib və film nümayiş olunub.