Naxçıvan şəhərində ətraf mühitin mühafizəsi, təmizlik və abadlıq işləri davamlı şəkildə həyata keçirilir .
Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeli qurumlarının və yerli icra nümayəndəliklərinin iştirakı ilə yol kənarlarında olan məişət tullantıları xüsusi texnikaların köməyi ilə təmizlənib, ərazilərdə qurumuş otlar və alaq bitkiləri aradan qaldırılıbdır.
Həyata keçirilən tədbirlər şəhərdə sanitar-gigyenik vəziyyətin yaxşılaşdırılmasına, eyni zamanda ətraf mühitin estetik görünüşünün qorunmasına mühüm töhfə verir. Bu istiqamətdə aparılan mütəşəkkil işlər Naxçıvan şəhərinin daha təmiz, səliqəli və sağlam mühitə malik olması məqsədinə xidmət edir.