Oktyabrın 23-də Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Suverenliyin rəsmini çək” adlı rəsm müsabiqəsi keçirilib.
Naxçıvan Şəhər 2 nömrəli İncəsənət Məktəbində keçirilən müsabiqədə 2 İncəsənət məktəbindən hərəsindən 10 nəfər olmaqla, ümumilikdə 20 nəfər şagird iştirak edib.
Müsabiqənin yekununa əsasən Ramilə Əkbərova I yerin, Zərri Cəfərli və Cansu Məmişova II yerin, Elnarə Babayeva və Nihat Qoçəlizadə isə III yerin qalibi olublar.
Sonda yer tutan şagirdlərə təşkilatçıların diplomları və hədiyyələri təqdim olunub.