Naxçıvan şəhərində “Suverenliyin rəsmini çək” adlı rəsm müsabiqəsi keçirilib

Noyabrın 26-da Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Suverenliyin rəsmini çək” adlı rəsm müsabiqəsi keçirilib.
Müsabiqədə Naxçıvan şəhərində yerləşən 17 tam orta məktəbin hər birindən 1 nəfər olmaqla, ümumilikdə 17 şagird iştirak edib.
Müsabiqənin yekun nəticələrinə əsasən, Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Əliyeva Nurtac Vəli qızı I yerə, Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin VI sinif şagirdi Tarverdiyeva Dərya Rəfalət qızı və Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin V sinif şagirdi Kəngərli Bəhruz Arif oğlu II yerə, Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin VI sinif şagirdi İsmayılova Solmaz Vüsal qızı və Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin VII sinif şagirdi Kərimov Yusif Hüseyn oğlu III yerə layiq görülüblər.
Müsabiqənin sonunda yer tutan şagirdlərə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.