Naxçıvan şəhərində şagirdlərin Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil olunub

10 dekabr 2025-ci il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 12 dekabr - Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı olaraq şagirdlərin Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil olunub.
Ekskursiya zamanı muzeyin bələdçisi tərəfindən şagirdlərə ətraflı məlumat verilib. Bildirilib ki, görkəmli ictimai-siyasi xadim, dünya şöhrətli siyasətçi Heydər Əliyev Azərbaycan dövlətini yaradaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdir.
Sonra şagirdlər muzeyin zəngin eksponatları ilə tanış olublar. Qeyd edilib ki, 420 eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 5 min 500-dən artıq eksponat toplanıb. Həmin eksponatların hər biri ayrı-ayrılıqda elmi-tədqiqat mövzusudur.
Ekskursiya zamanı görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan elminin, təhsilinin inkişafında xidmətləri barədə şagirdlərə ətraflı məlumat verilib, Ulu Öndərin ölkəyə rəhbərliyinin bütün dövrlərində bu sahələrə göstərdiyi diqqət və qayğıdan bəhs edilib.