Naxçıvan şəhərində şəhidlərin əziz xatirəsinə həsr olunmuş şahmat üzrə şəhər birinciliyi keçirilib

21 yanvar 2026-cı il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə şəhidlərin əziz xatirəsinə həsr olunmuş şahmat üzrə şəhər birinciliyi keçirilib.
Şahmat Mərkəzində keçirilən şəhər birinciliyində Naxçıvan şəhərində yerləşən 16 tam orta məktəbin komandası iştirak edib. Hər komandada isə 6 nəfər olmaqla, ümumilikdə 96 şagird iştirak edib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər tədbirin keçirilmə məqsədi haqqında komandalara ətraflı məlumat verib və onlara uğurlar arzulayıblar.
Birinciliyin yekununa əsasən, 8 nömrəli tam orta məktəbin komandası I yerin, 17 nömrəli tam orta məktəbin komandası II yerin və 7 nömrəli tam orta məktəbin komandası isə III yerin qalibi olublar.   
Sonda yer tutan komandalara və komanda üzvlərinə təşkilatçıların diplom və medalları, l yerin qalibinə isə kubok təqdim olunub.