Naxçıvan şəhərində şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib

Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid Budaqov Ramiz Qərib oğlunun və şəhid Quliyev Şahmar Kəmaləddin oğlunun doğum günləri münasibətilə anım mərasimləri keçirilib.
Şəhidlərin məzarları ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
Vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın xatirəsi daim qəlbimizdə yaşayacaq.