Naxçıvan şəhərində şəhid ailələri ziyarət edilib

Naxçıvan Şəhər Məhkəməsinin sədri Gülnar Səfərəliyeva, Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov və məhkəmənin əməkdaşları Vətən uğrunda canından keçərək qəhrəmancasına şəhid olan igid oğullarımızın ailələrini ziyarət ediblər.
Görüş zamanı şəhid ailələrinin sosial qayğılarının hər zaman diqqət mərkəzində olduğu vurğulanıb, dövlət tərəfindən göstərilən qayğı və dəstək barədə məlumat verilib. Qeyd olunub ki, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman övladlarımızın xatirəsi daim uca tutulur, onların şərəfli həyat yolu gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində nümunə kimi dəyərləndirilir.
Bu görüşlər bir daha şəhidlərimizin əziz xatirəsinin daim uca tutulduğunu və dövlətimizin onların ailələrinə göstərdiyi diqqət və qayğının davamlı xarakter daşıdığını nümayiş etdirib.