Naxçıvan şəhərində “Şəhərsalma nəzarəti çərçivəsində qanunsuz tikililərlə mübarizə” mövzusunda növbəti tədbir keçirilib

28 aprel 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyətinin inzibati binasında “Şəhərsalma nəzarəti çərçivəsində qanunsuz tikililərlə mübarizə” mövzusunda tədbir keçirilib. Tədbir Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.Tədbir başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq-tikinti məsələləri, şəhər təsərrüfatı və mədəni irsin qorunması sektorunun müdiri – şöbə müdirinin müavini (baş memar) Qalib Abbasov və Komitənin əməkdaşı Sabit Abdullazadə çıxış ediblər.Çıxışlarda şəhərsalma nəzarətinin əsas norma və qaydaları, qanunsuz tikililərin qarşısının alınması istiqamətində görülən və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.Tədbir zamanı şəhərsalma və tikinti sahəsində mövcud qanunvericiliyin tələblərinə ciddi riayət olunmasının vacibliyi xüsusi vurğulanıb.