6 mart 2026-cı il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Naxçıvan Şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 8 Mart- Beynəlxalq Qadınlar gününə həsr olunmuş qızlar arasında şahmat üzrə tempo turniri keçirilib.
Naxçıvan Şahmat Məktəbində təşkil olunan turnirdə müxtəlif yaş qrupları üzrə şahmatçılar öz qüvvələrini sınayıblar.
Turnirin nəticələrinə əsasən ümumi xal hesabında Nigar Qənbərli I yerə, Xanım Rzayeva II yerə, Ayla Zamanlı isə III yerə layiq görülüb.
Yaş qrupları üzrə isə keçirilən turnirin nəticələrinə görə 8 yaşlılarda Zümrüd Ələkbərli– I yer, Ayla Cəfərli – II yer, Fidan Şükürlü – III yer.
10 yaşlılarda Fəridə Rəhimli – I yer, Ayla Həsənli– II yer, Dəniz Qulizadə– III yer.
12 yaşlılarda Gülsüm Qəhrəmanova – I yer, Sona Məmmədova– II yer, Şəfiqə Qulizadə– III yerin qalibləri olublar.
Turnirin ən kiçik iştirakçısı isə Dəniz Abbasbəyli idi.
Sonda qaliblər diplom və medallarla təltif olunub, ümumi xal hesabında I yerin sahibi isə kubokla mükafatlandırılıb.