Naxçıvan Şəhər İcra Hakiyyətinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Naxçıvan şəhərində “Qış festivalı” təşkil olunacaqdır. Festival 25 dekabr – 4 yanvar tarixlərində şəhərin mərkəzi meydanında keçiriləcək.
Festival çərçivəsində ərazidə quraşdırılmış 20-dən artıq köşkdə sakinlər və şəhərimizin qonaqları üçün müxtəlif növ iaşə xidmətləri göstəriləcəkdir.
Hazırda festivalın keçiriləcəyi ərazidə təşkilati və texniki hazırlıq işləri yekunlaşmaq üzrədir.