Naxçıvan şəhərində “Qadınlara qarşı zorakılığa yox: cəmiyyətin birgə mübarizəsi” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib

4 dekabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “25 noyabr - Qadınlara qarşı zorakılıqla beynəlxalq mübarizə günü”nə dair 16 günlük kampaniya çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Qadınlara qarşı zorakılığa yox: cəmiyyətin birgə mübarizəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin direktoru Sevda Cabbarova açaraq mövzunun əhəmiyyətindən bəhs edib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov çıxış edərək bildirib ki, qadınlara qarşı zorakılığın hər bir forması insan hüquqlarının pozulmasıdır və cəmiyyətin inkişafına ciddi maneə yaradır. Hər birimiz maarifləndirməni artırmaqla, zorakılığa qarşı tolerantlıq nümayiş etdirməklə və zərərçəkənlərin müdafiəsini dəstəkləməklə bu mübarizəyə töhfə verə bilərik. Qadınların təhlükəsizliyi və layiqli həyatı ümumi məsuliyyətimizdir.
Daha sonra Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Şəfa Rəhimova qeyd edib ki, qadınlara qarşı zorakılığın aradan qaldırılması cəmiyyətin təhlükəsiz və sağlam inkişafı üçün vacibdir. Bu səbəbdən də maarifləndirici tədbirlərin gücləndirilməsi insanların bu problemin mahiyyətini daha dərindən dərk etməsinə kömək edir. Eyni zamanda hüquqi mexanizmlərin effektiv tətbiqi zorakılığa qarşı mübarizənin davamlılığını təmin edir.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Firuzə Hüseynova təqdimatla çıxış edərək bildirib ki, zorakılığın qarşısının alınması üçün ictimai dəstəyin artırılması və müsbət nümunələrin təşviqi mühüm rol oynayır. Zorakılığa qarşı “yox” demək, həm fərdlərin, həm də sosial qrupların məsuliyyətli davranışını tələb edir. Birgə səylərin artırılması nəticəsində qadınlara qarşı zorakılığın minimuma endirilməsi mümkün olur.
Tədbir diskussiya şəklində davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.