28 noyabr 2025-ci il tarixində "Konstitusiya və Suverenlik İli" çərçivəsində Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə “Qadınlara qarşı zorakılığa yox: cəmiyyətin birgə mübarizəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
"25 noyabr - Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü"nə dair 16 günlük kampaniya çərçivəsində keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov açaraq mövzunun əhəmiyyətindən bəhs edib.
Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Şəfa Rəhimova çıxış edərək qadınlara qarşı zorakılıqla mübarizənin cəmiyyətin təhlükəsiz və sağlam inkişafı üçün vacib olduğunu bildirib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Firuzə Hüseynova təqdimatla çıxış edərək bildirib ki, zorakılığın qarşısının alınması üçün ictimai dəstəyin artırılması və müsbət nümunələrin təşviqi mühüm rol oynayır. Birgə səylərin artırılması nəticəsində qadınlara qarşı zorakılığın minimuma endirilməsi mümkündür.
Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.