Naxçıvan şəhərində qəyyumluqdakı uşaqlarla görüş keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən “Uşaq Hüquqları Aylığı” və Ümumdünya Uşaq Hüquqları Günü münasibətilə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri qəyyumluqdakı uşaqlarla görüş keçiriblər.
Görüş zamanı uşaqların yaşayış şəraiti və təhsili ilə maraqlanılıb. Komissiya nümayəndələri dövlətin uşaqların rifahının yaxşılaşdırılması və təhsil imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirdiyi sosial proqramlar barədə məlumat veriblər.
Qeyd olunub ki, bu cür görüşlər uşaqların hüquqlarının qorunmasına və sosial rifahının gücləndirilməsinə xidmət edir.