10 dekabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbdə “Qədim ənənələrimiz gələcəyimizə mirasdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Müşərrəf Bağırova, Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Qumral Fərəcova və məktəbin direktoru Jalə Hacıyeva çıxış edərək bildiriblər ki, xalqımızın qədim ənənələri milli kimliyimizin təməlini təşkil edir. Bu ənənələr nəsildən-nəslə ötürülərək bizi tarixi köklərimizə bağlayır. Ailədə, cəmiyyətdə böyüklərə hörmət və əməksevərlik kimi dəyərlərin qorunması gələcək nəsillər üçün əsl mənəvi mirasdır.
Tədbir diskussiya şəklində davam edib, iştirakçılara mövzu ilə bağlı broşürlar paylanılıb.