Naxçıvan şəhərində "Nə? Harada? Nə zaman?" İntellektual Oyunu keçirilib

9 dekabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş "Nə? Harada? Nə zaman?" İntellektual Oyunu keçirilib.
Naxçıvan Şəhər Şahmat Mərkəzində təşkil olunan intellektual oyunda Naxçıvan şəhərində fəaliyyət göstərən idarə və təşkilatların komandaları iştirak edib.
İntellektual oyunun nəticələrinə əsasən Naxçıvan Şəhər Təhsil Şöbəsinin komandası I yerin, Naxçıvan Şəhər Vergilər İdarəsinin komandası II yerin və “Naxçıvan Telekom” MMC-nin komandası isə III yerin qalibi olublar.   
İntellektual oyunun sonunda qalib komanda və komanda üzvləri təşkilatçılar tərəfindən diplom, kubok və hədiyyələrlə təltif olunublar.