Aqrar sahə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında mühüm yer tutur və əhalinin məşğulluğunun təmin olunmasında əsas sahələrdən biridir. Bu səbəbdən dövlət tərəfindən kənd təsərrüfatına xüsusi qayğı göstərilir, mütəmadi dəstək tədbirləri həyata keçirilir. Son dövrlərdə bu sahədə artım templəri müşahidə olunmaqdadır.
Kənd təsərrüfatında taxılçılıq xüsusi yer tutur və bu sahədə məhsuldarlığın artırılması istiqamətində də tədbirlər həyata keçirilməkdədir.
Belə ki, iyunun 21-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin və “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin dəstəyi ilə Naxçıvan şəhərinin Qaraxanbəyli və Tumbul kəndlərində taxıl biçininə başlanılıbdır. Naxçıvan şəhərinin Əliabad qəsəbəsində və Qaraçuq kəndində taxıl biçini növbəti günlərdə də davam etdiriləcəkdir.
Qeyd edək ki, Naxçıvan şəhəri ərazisindən, ümumilikdə 407 hektar ərazidən 184 hektar buğda və 223 hektar arpa götürülməsi nəzərdə tutulubdur.