30 oktyabr 2025-ci il tarixində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində monitorinq və əlaqələndirmə qrupunun iclası keçirilib. İclasda qrupun 2025-ci ilin III rübü ərzində həyata keçirdiyi fəaliyyətlər müzakirə olunub.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun sədri Gülxanım Orucova çıxış edərək, məişət zorakılığının qarşısının alınması, ailə dəyərlərinin qorunması və qadınların ictimai həyatda fəallığının artırılması istiqamətində görülən işlərdən danışıb. Həmçinin vurğulayıblar ki, bu sahədə profilaktik tədbirlərin gücləndirilməsi və aidiyyəti qurumlar arasında əməkdaşlığın davamlı olması zorakılıq hallarının vaxtında qarşısının alınmasına mühüm töhfə verir.
Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Prokurorluqda istintaqa nəzarət şöbəsinin böyük prokuroru Turqay Həşimli müvafiq mövzu ilə əlaqədar görülmüş işlərlə bağlı məlumat verib.