Oktyabrın 21-də Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Naxçıvan şəhər tam orta məktəblərinin oğlan komandaları arasında stolüstü tennis üzrə şəhər birinciliyi keçirilib.
C. Məmmədquluzadə adına 2 nömrəli tam orta məktəbdə keçirilən birincilikdə 8 tam orta məktəbin komandası, hər komandada isə 3 nəfər olmaqla ümumilikdə 24 şagird iştirak edib.
Birinciliyin yekununa əsasən 2 nömrəli tam orta məktəbin komandası I yerin, 10 nömrəli tam orta məktəbin komandası II yerin və 5 nömrəli tam orta məktəbin komandası isə III yerin qalibi olublar.
Sonda yer tutan komandalara və komanda üzvlərinə təşkilatçıların diplom və medalları təqdim olunub.