Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə 7 may 2026-cı il tarixində Naxçıvan şəhərində məktəblilər arasında şeir müsabiqəsi təşkil olunub.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən tədbir Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Müsabiqədə Naxçıvan şəhərinin ümumtəhsil məktəbindən 17 şagird iştirak edib. Şagirdlərin təqdim etdikləri şeirlər münsiflər heyəti tərəfindən ifa tərzi, mimika və jestlər nəzərə alınmaqla qiymətləndirilib.Münsiflər heyətinin qərarına əsasən, 12 nömrəli tam orta məktəbin şagirdi Təhminə Cəfərova I yerə layiq görülüb. 7 nömrəli tam orta məktəbin şagirdi Xatirə Məmmədli və 6 nömrəli tam orta məktəbin şagirdi Aysel Əliyeva II yeri bölüşüblər. 8 nömrəli tam orta məktəbin şagirdi Səkinə Mürsəlova və 4 nömrəli tam orta məktəbin şagirdi Damla Quluzadə isə III yerə layiq görülüblər.
Tədbirin sonunda qaliblərə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.