Naxçıvan şəhərində məktəblilər arasında şahmat üzrə birincilik keçirilib

23 sentyabr 2025-ci il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə "27 Sentyabr-Anım Günü"nə həsr olunmuş şahmat birinciliyi keçirilib. Naxçıvan Şahmat Mərkəzində keçirilən şahmat üzrə Naxçıvan şəhər birinciliyində Naxçıvan şəhər tam orta məktəblərinin komandaları iştirak edib.
Keçirilən birincilikdə 10 tam orta məktəbin komandası, hər komandada isə 6 nəfər olmaqla ümumilikdə 60 şagird iştirak edib.
Birinciliyin yekununa əsasən 3 nömrəli tam orta məktəbin komandası I yerin, 7 nömrəli tam orta məktəbin komandası II yerin, 11 nömrəli tam orta məktəbin komandası isə III yerin qalibi olublar.
Birinciliyin sonunda yer tutan komandalara və komanda üzvlərinə təşkilatçıların diplom və medalları təqdim olunub.