Oktyabrın 1-dən Naxçıvan şəhərində 2026–2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarında məşğələlərə başlanılıb.
2026–2027-ci tədris ili üzrə Naxçıvan şəhərində 17 ümumtəhsil məktəbində 33 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Elektron sistem vasitəsilə həmin qruplara 648 uşaq qəbul edilib.Məktəbəhazırlıq qruplarının yaradılmasında əsas məqsəd uşaqların məktəb təliminə hazırlığının təmin edilməsi, onların oxumağa marağının artırılması, məktəbə müsbət emosional münasibətinin formalaşdırılması, yeni mühitə uyğunlaşması və şəxsi-sosial bacarıqlarının inkişaf etdirilməsidir.