Naxçıvan şəhərində “Konstitusiya və Suverenlik İli” ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq, Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin müxtəlif ərazilərində geniş maarifləndirmə işi aparılır.
Bu məqsədlə Naxçıvan şəhərinin bir sıra küçə və prospektlərində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş banner və bilbordlar quraşdırılıb. Həmçinin, ictimai yerlərdə yerləşdirilən elektron monitorlarda mövzuya dair məlumat xarakterli paylaşımlar mütəmadi şəkildə yayımlanır.
Görülən işlər əhalinin milli dəyərlərimizə, dövlət müstəqilliyinə və Konstitusiyamıza olan hörmət və məsuliyyət hissinin daha da gücləndirilməsi məqsədi daşıyır.