Noyabrın 7-də Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbdə "Zəfər Günü" münasibətilə tədbir keçirilib.
Tədbirə başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov şəhid analarını, qaziləri və məktəbin kollektivini "Zəfər Günü" münasibətilə təbrik edərək bildirib ki, bu qələbənin qazanılmasını biz Ali Baş Komandanımız İlham Əliyevə, şəhid və qazilərə, o cümlədən, ordumuza borcluyuq.
O qeyd edib ki, Azərbaycan xalqı bundan sonra da cənab Prezidentimiz İlham Əliyevin ətrafında daha da sıx birləşərək torpaqlarımızın bir daha düşmən əsarətinə düşməsinə imkan verməyəcəyik.
Tədbirdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Təhminə Ağayeva, məktəbin dərs hissə müdiri Çinarə Məmmədova, məktəbin hərbi rəhbəri Ramiz Bağırov, şəhid Seymur İbrahimovun anası Tacirə İbrahimova və qazi Elmar Qasımov çıxış edərək şəhidərin və qazilərin vətənpərvərlik nümunəsinin bugünkü və gələcək nəsillərə bir örnək olduğunu bildiriblər.
Tədbirin bədii hissəsində şagirdlər tərəfindən Vətənə və şəhidlərə həsr olunmuş şeirlər qiraət olunub, qəhrəmanlıq mahnıları səsləndirilib və hərbi idman oyunları nümayiş etdirilib.
Sonda şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib, tədbir iştirakçıları ilə birgə xatirə şəkilləri çəkdirilib.