Naxçıvan şəhərində “İş yerlərində gender bərabərliyinin əhəmiyyəti ilə bağlı təşviqat işinin aparılması” mövzusunda təlim keçirilib

8 oktyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “İş yerlərində gender bərabərliyinin əhəmiyyəti ilə bağlı təşviqat işinin aparılması” mövzusunda təlim keçirilib.
Təlimi giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov mövzunun əhəmiyyətindən bəhs edib.
Sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Zərnigar Orucəliyeva və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Nəcibə Vəliyeva mövzu ilə bağlı çıxış ediblər. Qeyd edilib ki, iş yerlərində gender bərabərliyinin qorunması və təşviqinin əhəmiyyəti böyükdür. Həmçinin əmək mühitində ədalətli münasibətlərin formalaşdırılması ümumi səmərəliliyi və iş keyfiyyətini artırır.
Çıxış edənlər bu istiqamətdə aparılan maarifləndirici tədbirlərin davamlı olmasının vacibliyini və gender bərabərliyinin təşviqinin insan hüquqlarının qorunması və dayanıqlı inkişafın təmin edilməsində mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.
Daha sonra təlim diskussiya şəklində davam edib və müvafiq mövzularda broşurlar paylanılıb.