14 noyabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “İnternetdən səmərəli istifadə zamanın tələbidir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə keçirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Rəfail Əhmədov mövzunun aktuallığı və əhəmiyyəti barədə məlumat verib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Müşərrəf Bağırova çıxış edərək bildirib ki, internetdən düzgün istifadə olunmadıqda uşaqların psixoloji inkişafına, ailə dəyərlərinə və ictimai münasibətlərə mənfi təsir göstərə bilər. O, eyni zamanda, sağlam internet vərdişlərinin formalaşdırılması və bu istiqamətdə valideynlərin məsuliyyətli mövqeyinin vacibliyinin diqqətə çatdırıb.
Daha sonra Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodisti Ceyran Məmmədova mövzu ilə bağlı çıxış edərək tədbirin məqsədi və qarşıya qoyulan vəzifələr barədə məlumat verib.
Təlim qarşılıqlı fikir mübadiləsi və diskussiya şəklində davam etdirilib.