14 oktyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “İnternetdən səmərəli istifadə zamanın tələbidir” mövzusunda maarifləndirici tədbir keçirilib
Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbdə keçirilən tədbiri Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Rəfail Əhmədov giriş sözü ilə açaraq mövzunun əhəmiyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Müşərrəf Bağırova təqdimatla çıxış edərək internetdən istifadə zamanı diqqət yetirilməsi mühüm olan məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, internet biliklərin artırılması, təhsil imkanlarının genişləndirilməsi və ünsiyyətin qurulması baxımından mühüm vasitədir. İnternetdən düzgün istifadə olunmadıqda uşaqların psixoloji inkişafına, ailə dəyərlərinə və ictimai münasibətlərə mənfi təsir göstərə bilər. O, həmçinin vurğulayıb ki, bu sahədə cəmiyyətin maarifləndirilməsi, sağlam istifadə vərdişlərinin formalaşdırılması və valideynlərin məsuliyyətli mövqeyi xüsusi önəm daşıyır.
Tədbir diskussiya şəklində davam edib.