Naxçıvan şəhərində “Hüquqlarını bil, məsuliyyətini anla” mövzusunda tədbir keçirilib

17 dekabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar olaraq Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Məhkəməsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Hüquqlarını bil, məsuliyyətini anla” mövzusunda tədbir keçirilib.
Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov, Naxçıvan Şəhər Məhkəməsinin böyük məsləhətçisi Günel Qurbanəliyeva və Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodkabinet müdiri Heyran Əhmədova çıxış edərək ölkəmizdə insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə şagirdlərə məlumat veriblər. Çıxış edənlər qeyd ediblər ki, Azərbaycanda uşaqlar dövlətin və cəmiyyətin daim diqqət mərkəzindədir və onların hərtərəfli inkişafı həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Daha sonra məktəbin direktoru Seymur Xudanov təhsil müəssisəsində uşaq hüquqlarının təmin olunması istiqamətində görülən işlər barədə məlumat verib, tədbirin təşkilatçılarına təşəkkür edib.
Tədbirin sonunda şagirdlər mövzu ilə bağlı müzakirələrdə fəal iştirak ediblər.