29 oktyabr 2025-ci il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Hüquqlarım və mən, suveren dövlətin gənc vətəndaşı” adlı esse müsabiqəsi keçirilib.
Tədbir Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə baş tutub. Müsabiqədə şəhərin 16 tam orta məktəbindən hər birini təmsil edən bir nəfər olmaqla, ümumilikdə 16 şagird iştirak edib.
Şagirdlər təqdim etdikləri esselərdə Azərbaycan Respublikasının suverenliyinin qorunmasının önəmi, Konstitusiyanın və vətəndaş hüquqlarının gənclər tərəfindən anlaşılması və qorunması, eləcə də gənclərin dövlət quruculuğunda və vətənpərvərlik fəaliyyətlərində aktiv iştirakı barədə ətraflı və dərin düşüncələrini ifadə ediblər. Onlar həmçinin öz hüquq və vəzifələrinin fərqində olaraq, ölkənin inkişafına töhfə verməyin vacibliyini vurğulayıblar, suveren dövlətin gənc vətəndaşı kimi məsuliyyətlərini dərk etdiklərini bildiriblər.
Müsabiqənin nəticələrinə əsasən birinci yerə Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin X sinif şagirdi Hüseynli Nuray Ziya qızı, ikinci yerə Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Mürsəlova Səkinə Məhərrəm qızı, üçüncü yerə isə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Cəfərova Aysu Elnar qızı layiq görülüb.
Müsabiqənin sonunda qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılıb, diplomlar və hədiyyələr təqdim edilib.