24 dekabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Təhsil Şöbəsi və Naxçıvan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Həmrəylik və müasir Azərbaycan” mövzusunda tədbir keçirilib.
Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov, Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Həlimə Seyidzadə, Naxçıvan Regional Mədəniyət İdarəsinin əməkdaşı Jalə İbrahimova və Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin direktoru Natella Rzayeva çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil ölkəmizin qazandığı uğurlar haqqında danışıblar.
Çıxış edənlər bildiriblər ki, Prezident İlham Əliyevin 22 illik fəaliyyəti Azərbaycan tarixinin ən qüdrətli, müstəqilliyinin ən güclü, dövlətçiliyinin ən möhtəşəm quruculuq mərhələsidir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan quruculuq strategiyasının Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla reallaşdırılması respublikamızı regionun lider dövlətinə, qlobal miqyaslı nüfuz sahibinə çeviribdir. Azərbaycanın son illərdə qazandığı misilsiz nailiyyətləri möhtərəm Prezident İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli və güclü liderliyinin bariz nümunəsidir.
Tədbirin bədii hissəsində Naxçıvan şəhər 5 nömrəli Uşaq Musiqi Məktəbinin və Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında dövlətçilik və vətənpərvərlik mövzularında şeir, kompozisiya və mahnılar ifa olunub.