Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində, 28 May – Müstəqillik Gününə həsr olunmuş Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Ayla Sadıqlının “Zərifliyin kölgəsi” adlı fərdi hesabat sərgisi keçirilib.
Gənc rəssamın müxtəlif janr və üslubda işlədiyi 40-a yaxın rəsm əsəri sərgilənib və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Sərgidə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatları, Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşları, Naxçıvan Rəssamlar Birliyinin üzvləri, ziyalılar və gənc rəssamlar iştirak ediblər.
Tədbirin sonunda gənc rəssam Aylan Sadıqlıya yaradıcılıq sahəsində əldə etdiyi nailiyyətlərə görə Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Rəssamlar Birliyi tərəfindən diplom təqdim olunub.