Naxçıvan şəhərində fəaliyyət göstərən ümumitəhsil və məktəbəqədər təhsil müəssisələrində silsilə tədbirlər təşkil edilib

“31 Dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü” və “Yeni il bayramı” münasibətilə Naxçıvan şəhərində fəaliyyət göstərən ümumitəhsil və məktəbəqədər təhsil müəssisələrində silsilə tədbirlər təşkil edilib.
Tədbirlərdə şagird və uşaqların ifasında bayram ovqatlı ədəbi-bədii kompozisiyalar, şeirlər, mahnılar və səhnəciklər nümayiş etdirilib, milli birlik, həmrəylik və yeni ilə ümid dolu arzular təlqin olunub. Bayram tədbirləri iştirakçılarda yüksək əhval-ruhiyyə yaradıb, uşaqların yaradıcı potensialının üzə çıxarılmasına töhfə verib.