16 aprel 2026-cı il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş maarifləndirici ekskursiya keçirilib.Ekskursiya könüllü gənclərin iştirakı ilə Xan Sarayı Dövlət Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunub. Tədbirin əsas məqsədi gəncləri Naxçıvanın zəngin memarlıq irsi, qədim dövlətçilik ənənələri və tarixi abidələri ilə yaxından tanış etməkdən ibarət olub.Tədbir çərçivəsində iştirakçılara muzey kompleksinin tərkibinə daxil olan ekspozisiyalar, burada qorunan maddi-mədəni irs nümunələri və onların elmi-tarixi əhəmiyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, kompleksdə nümayiş etdirilən eksponatlar Azərbaycanın, o cümlədən Naxçıvanın qədim və orta əsrlər, həmçinin xanlıqlar dövrü tarixinin öyrənilməsi baxımından mühüm mənbələrdən hesab olunur.Qeyd olunub ki, Xan Sarayı Dövlət Tarix-Memarlıq Muzey Kompleksi həm zəngin mədəni irsin qorunduğu mühüm mədəniyyət ocağı, həm də nadir memarlıq nümunələrinin toplandığı tarixi məkan kimi xüsusi əhəmiyyət daşıyır.