Naxçıvan şəhərində bayram namazının qılınacağı tarix və saat artıq açıqlanıb

Bu barədə Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri Əli Orucov açıqlamasında bildirib.
O qeyd edib ki, Ramazan bayramının dəqiq tarixi Şəvval ayının hilalının görünməsindən asılı olsa da, böyük ehtimalla martın 20-nə təsadüf edəcək.
Bayram namazı martın 20-də saat 09:00-da Naxçıvan şəhərində yerləşən Heydər Məscidi, Sarvanlar, Came, Pirqəmiş və Kazım Qara Bəkir Paşa məscidlərində, eləcə də muxtar respublikanın rayon məscidlərində qılınacaq.
Möminlərin bu müqəddəs gündə bir araya gələrək ibadətlərini yerinə yetirmələri üçün müvafiq şərait yaradılacaq.