Noyabrın 5-də Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Hüseyn Cavid adına Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə 8 Noyabr - “Zəfər Günü”nün 5-ci ildönümü münasibəti ilə dəyirmi masa ətrafında müzakirə keçirilib.
Müzakirədə Naxçıvan Şəhər İcra Hakimiyyəti Aparatında şöbə müdirinin müavini Orxan Məhərrəmov, Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Esmira Həsənova, Naxçıvan şəhər məktəblərinin müəllimləri çıxış edərək Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun şücaəti və xalqımızın birliyi nəticəsində qazanılmış tarixi Zəfərin əhəmiyyətindən bəhs ediblər.
Çıxışlarda bildirilib ki, bu gün Azərbaycan xalqı müzəffər xalq, Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Böyük çətinliklər bahasına əldə olunan bu Zəfər tariximizin ən şanlı, ən qürurverici məqamlarından biridir. Bu şanlı Zəfərə, tarixi qələbəyə görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə, onun rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edən oğullarımıza, canlarını Vətən uğrunda fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə xalqımız daim minnətdar olacaqdır.
Tədbirin sonunda mövzu ilə bağlı film izlənilib, məktəbin şagirdlərinin rəsm və əl işlərindən ibarət hazırlanmış sərgiyə baxış olub, xatirə şəkli çəkdirilib.