Naxçıvan şəhərində “8 Noyabr- Zəfər Günü” münasibəti ilə məktəblilər arasında şahmat üzrə birincilik keçirilib

22 oktyabr 2025-ci il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində “8 Noyabr-Zəfər Günü”nün 5-ci ildönümünə həsr olunmuş Naxçıvan şəhər tam orta məktəblərinin oğlan komandaları arasında şahmat üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Naxçıvan Şahmat Mərkəzində keçirilən birincilikdə 14 tam orta məktəbin komandası, hər komandada isə 6 nəfər olmaqla, ümumilikdə 84 şagird iştirak edib.
Birinciliyin yekununa əsasən 7 nömrəli tam orta məktəbin komandası I yerin, 17 nömrəli tam orta məktəbin komandası II yerin və 3 nömrəli tam orta məktəbin komandası isə III yerin qalibi olublar.
Sonda yer tutan komandalara və komanda üzvlərinə təşkilatçıların diplomları və l yerin qalibi olan komandaya isə kubok təqdim olunub.