İyulun 2-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Şəhər Polis İdarəsinin təşkilatçılığı ilə 2 İyul-Azərbaycan Polisi Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Əhməd Vəliyev, Naxçıvan Şəhər Polis İdarəsinin rəisi Eldar Qazıbəyov və Naxçıvan Şəhər Polis İdarəsinin polis əməkdaşları iştirak ediblər.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında yerləşən büstü ziyarət edilib, önünə gül dəstələri qoyulub. Ardınca Naxçıvan Şəhər Polis İdarəsində keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Əhməd Vəliyev və Naxçıvan Şəhər Polis İdarəsinin rəisi Eldar Qazıbəyov çıxış edərək bu əlamətdar gün münasibətilə polis əməkdaşlarını səmimi-qəlbdən təbrik edib, ölkəmizin daxili sabitliyinin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin təminində göstərdikləri əzmkarlığa görə hər birinə təşəkkürlərini bildiriblər.
Daha sonra bir qrup polis əməkdaşına Naxçıvan Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edilib.