Naxçıvan şəhərinə yağan qarın fəsadları operativ şəkildə aradan qaldırılıb

Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən 23 yanvar 2026-cı il tarixdə Naxçıvan şəhərinə yağan qarın fəsadları operativ şəkildə aradan qaldırılmaqdadır. Sakinlərin və sürücülərin rahat və təhlükəsiz hərəkətini təmin etmək, həmçinin buzlaşmanın qarşısını almaq məqsədilə şəhərin əsas yolları və səkiləri təmizlənir. Yollara qum və duz qarışığı səpilir.