Naxçıvan şəhərinə yağan qardan sonra buzlaşmanın qarşısının alınması məqsədilə avtomobil yollarına qum və duz qarışığı səpilib

19 yanvar tarixində gecə saatlarından başlayaraq Naxçıvan şəhərinə yağan qar yağışı şəhəri ağ örpəyə bürüyüb. Qarın yağması ilə əlaqədar olaraq, şəhərin küçə və prospektlərində yaranan buzlaşma təhlükəsinin qarşısının alınması məqsədilə Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsi və Naxçıvan Yaşıllaşdırma Xidməti tərəfindən axşam saatlarından başlayaraq avtomobil yollarına qum və duz qarışığı səpilib.
Görülən bu tədbirlər nəqliyyat vasitələrinin təhlükəsiz və rahat hərəkətinin təmin olunmasına xidmət edir.