28 dekabr tarixində Naxçıvan şəhərinə mövsümün ilk qarı yağıb. Qar yağması ilə əlaqədar olaraq, şəhərin küçə və prospektlərində yaranan buzlaşma təhlükəsinin qarşısının alınması məqsədilə Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsi tərəfindən axşam saatlarında avtomobil yollarına qum və duz qarışığı səpilib.
Görülən bu tədbirlər nəqliyyat vasitələrinin təhlükəsiz və rahat hərəkətinin təmin olunmasına xidmət edir.