Naxçıvan şəhərinə xüsusi yetişdirilmiş “Xan çinar” ağacları gətirilib

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərinin mərkəzi küçələrində və digər ərazilərində 1000 ədəd “Xan çinarı” ağacının və 300 ədəd Akasiya ağacının əkilməsinə başlanılıb.
“Xan çinarı”nın və Akasiya ağaclarının Naxçıvan şəhərinin mərkəzi küçələrində və digər ərazilərində əkilməsi həm ekoloji, həm də estetik baxımdan böyük dəyərə və əhəmiyyətə malikdir.
Artıq Naxçıvan şəhərində yerləşən Zəfər Parkında, Əcəmi Seyrəngahı Mədəniyyət və İstirahət Kompleksində, Heydər Əliyev prospektində, Cəlil Məmmədquluzadə, İstiqlal və Nizami Gəncəvi küçələrində və şəhərin digər ərazilərində 600-dən artıq ağacların əkilməsi həyata keçirilib.
Bu sözləri jurnalistlərə açıqlamasında Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova deyib.                                                                                       
İcra Hakimiyyəti başçısının müavini qeyd edib ki, Naxçıvan şəhərinin mərkəzi küçələrində və digər ərazilərində 1300 ədəd ağacın əkilməsi nəzərdə tutulur.