Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsi tərəfindən 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə V.Zeynalov adına Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin idman zalında təşkil edilən birincilikdə 3 nömrəli tam orta məktəbin komandası I, 7 nömrəli tam orta məktəbin komandası II, 14 və 17 nömrəli tam orta məktəblərin komandaları isə III yerə layiq görülüb.
Sonda komandalara və komanda üzvlərinə diplom və qiymətli hədiyyələr təqdim edilib.