Naxçıvan Şəhər Statistika İdarəsində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100-cü ildönümü ilə əlaqədar “Ümummilli lider Heydər Əliyevin yadigarı Naxçıvan” mövzusunda tədbir keçirilib.
Tədbirdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikası Statistika Komitəsinin aparat rəhbəri Həbib Rzayev, Naxçıvan Şəhər Statistika İdarəsinin rəisi Ramil Gülməmmədov və Naxçıvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Orxan Məhərrəmov çıxış edərək Naxçıvan Muxtar Respublikasının keçdiyi çətin, eyni zamanda şərəfli yoldan bəhs ediblər.
Çıxışlardan sonra Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş olunub.
Sonda Naxçıvan Şəhər Statistika İdarəsinin əməkdaşı Tamaşa Əliyeva statistika sahəsində səmərəli fəaliyyətinə görə fəxri fərmanla təltif olunub.