“Naxçıvan Şəhər Könüllüləri” ilə görüş keçirilib

Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi tərəfindən start verilən “Naxçıvan Şəhər Könüllüləri” proqramının yekunlaşması ilə bağlı görüş keçirilib. İBESTA restoranının dəstəyi ilə təşkil olunan görüşdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi aparatının rəhbəri İlhamə Nəzərova və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Tahir Məmmədli çıxış edərək könüllülərə bundan sonrakı elmi və ictimai fəaliyyətlərində uğurlar arzulayıb, öz tövsiyələrini çatdırıblar. Proqramın əhatə etdiyi dövr ərzində tədbirlərdə fəal iştirak edən könüllülər idarə tərəfindən sertifikat və xasiyyətnamələrlə təltif olunub. Çay süfrəsi arxasında davam edən görüşdə gənclər öz təəssüratlarını bölüşüblər.