Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Orxan Məhərrəmov, Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi Yusif Axundov və idarənin əməkdaşı İsmayıl Rəhimov çıxış edərək Ulu Öndərin həyatı və zəngin siyasi irsindən, xalqımız və dövlətçiliyimiz uğrunda gördüyü misilsiz işlərdən danışıblar.

Bildirilib ki, müasir Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi ilk illərdən etibarən ölkəmizin gələcək inkişafı ilə bağlı mühüm addımlar atıb. Məhz onun uzaqgörən siyasəti sayəsində xalqımız zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxıb. Azərbaycanı məhv olmaqdan qurtararaq işıqlı sabaha çıxaran, dövlətin ideoloji-siyasi əsaslarını yaradan Ümummilli Liderin mənalı ömür yolunun hər anı bugünkü və gələcək nəsillər üçün unudulmaz tarixdir.

Tədbirin davamında uşaqlar qiraət etdikləri şeirlərlə Ümummilli Liderə öz məhəbbətlərini ifadə ediblər.
Sonda mövzu ilə bağlı hazırlanmış qısametrajlı film izlənilib.