Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Təhsil Şöbəsinin dəstəyi ilə "Zəfərə doğru irəli" layihəsi çərçivəsində Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbdə şəhid ailələrinin iştirakı ilə tədbir keçirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Təhsil Şöbəsinin dəstəyi ilə "Zəfərə doğru irəli" layihəsi çərçivəsində Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbdə şəhid ailələrinin iştirakı ilə tədbir keçirilib.

 

Dövlət himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun və xalqımızın zəfəri ilə başa çatdı. Qazandığımız haqq savaşı Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz cəsur əsgərlərimizin canı, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. İnanırıq ki, tarixin bu keşməkeşli sınağından üzüağ, alnıaçıq, şərəflə və qürurla çıxan Azərbaycan qələbəmizin rəmzinə çevrilən dəyərlərimizi daha da möhkəmləndirəcək və dünyanın formalaşmaqda olan yeni strateji mənzərəsində öz mövqeyini daha da gücləndirəcək.

Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin direktoru  Abdulla Əsgərov və şəhid ailələri çıxışlar edib.

Tədbir şagirdlərin  şeir və kompozisiyaları ilə davam etdirilib.