10 dekabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə 12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Rəfail Əhmədov, Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Heyran Məmmədova, məktəbin direktoru Nəzifə Haqverdiyeva və məktəbin tarix müəllimi Şölə Abbasova çıxış edərək Heydər Əliyevin dövlət quruculuğu sahəsində həyata keçirdiyi islahatlardan və müasir Azərbaycanın inkişafında oynadığı tarixi rolundan, təhsilə göstərdiyi xüsusi diqqət və qayğıdan, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasının vacibliyindən bəhs ediblər.
Tədbirin sonunda şagirdlər tərəfindən Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş bədii qiraət nümunələri səsləndirilib, kompozisiya təqdim olunub və film nümayiş etdirilib.