Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Qəhrəmanlar unudulmur" layihəsi çərçivəsində tədbir keçirilib.

Yanvarın 10-da Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Qəhrəmanlar Unudulmur" layihəsi çərçivəsində Naxçıvan şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasında tədbir keçirilib. 

Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, həmin şöbənin böyük məsləhətçisi Pərvin Səfərov, Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ceyran Məmmədova, şəhid ailələri, 2 nömrəli körpələr evi-uşaq bağçasının müəllimləri və balaca fidanları iştirak edib. 

Tədbirdə çıxış edənlər qeyd ediblər ki , Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında biz Ali Baş Komandanımız Cənab İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə, vətən müharibəsi iştirakçılarına və ordumuza  borcluyuq. Onların şücaəti, qəhrəmanlığı sayəsində torpaqlarımız düşmən tapdağından azad edildi. 2023 cü-il sentyabrın 19-da ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olundu. 

Eyni zamanda vurğulanıb ki, vətən müharibəsində qəhrəmancasına həlak olan şəhidlərimizin uşaqları unudulmur, onların övladları və ailələri dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunur. Şəhid Gülməmmədov Aminin atası Mayis Gülməmmədov və şəhid Abdullazadə Tağının həyat yoldaşı Abdullazadə Nuranə çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə öz minnətdarlıqlarını bildiriblər. 

Çıxışların sonunda balaca fidanların ifasında səsləndirilən şeirlər və mahnılar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Sonda şəhid ailələri ilə xatirə şəkilləri çəkdirilib.\