2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar olaraq Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən “Təmiz ətraf mühit, sağlam gələcək” sosial aksiyasına “Təmiz Dünya” ictimai birliyi də qoşulub.
Bu münasibətlə 4 iyun 2024-cü il tarixdə “Təmiz Dünya” ictimai birliyi tərəfindən “Naxçıvanı yaşıl şəhərə çevirək” təlim-treninqi keçirilib.
Tədbiri ictimai birliyin sədri k.ü.f.d. dosent Fizzə Məmmədova giriş sözü ilə açıb.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülxanım Orucova, ictimai birliyin üzvləri Aliyə Rzayeva və Leyla İbrahimova “COP29” və “Yaşıl şəhər – sağlam həyat” mövzularında çıxış ediblər.
Tədbirdə iştirak edən tələbələr eko-viktorinada öz biliklərini yoxlayıb və Zərifə Əliyeva adına parkda təmizlik aksiyasında iştirak ediblər.
Sonda təlim-treninqdə iştirak edən birlik üzvləri və tələbələr sertifikatlarla təltif ediliblər.