
Bu gün Azərbaycan xalqı 8 Noyabr - Zəfər Gününün dördüncü ildönümünü qeyd edir. Bu münasibətlə Naxçıvan Şəhər İcra Hakimiyyətinin, şəhərin idarə, müəssisə və təşkilatlarının kollektivləri Zəfər Abidəsini və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın məzarlarını ziyarət ediblər.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev şəhidlərin ailə üzvlərinə başsağlığı verib, səbir diləyib. O, qəhrəman və rəşadətli ordumuzun Azərbaycan Respublikasının
Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı düşməndən azad edərək tarixi ədaləti bərpa etdiyini diqqətə çatdırıb.
İcra hakimiyyətinin başçısı Vətən müharibəsində Zəfər qazanılmasında şəhidlərimizin müstəsna xidmətlərini vurğulayaraq, onların xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını bildirib.
Tədbir iştirakçıları şəhidlərin məzarları üzərinə gül dəstələri düzüb, onların əziz xatirəsini dərin ehtiramla yad ediblər.
.jpeg)

.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)

.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)